Yalçın Rəfiyev: “Azərbaycan Avrasiya
regionunda qlobal diplomatiyanın mühüm
mərkəzlərindən birinə çevrilir”
Azərbaycan bir
çox qlobal əhəmiyyətli tədbirlərə
ev sahibliyi edir. 2024-cü ildə ölkəmizdə COP29 konfransı
uğurla keçirilib.
Bu ilin may
ayında Bakıda Ümumdünya Şəhərsalma
Forumunun On Üçüncü
Sessiyası (WUF13) təşkil
olunacaq. Daha sonra İslam İnkişaf Bankının
illik toplantısı və Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə
Müşavirənin (AQEM) zirvə
toplantısı da məhz paytaxtımızda
keçiriləcək. Bütün
bunlar Azərbaycanın
xüsusilə Avrasiya
regionunda qlobal diplomatiyanın mərkəzlərindən
birinə çevrildiyini
göstərir.
Bu fikirləri
AZƏRTAC-a məxsusi müsahibəsində
xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı
Yalçın Rəfiyev
bildirib.
Nazir müavini
qeyd edib ki, bu tədbirlər
müxtəlif ölkələrin
nümayəndələrini bir araya gətirməklə
yanaşı, qlobal əhəmiyyət kəsb
edən mövzuların
müzakirəsi üçün
mühüm platforma rolunu oynayır.
“Seçilən mövzular
da qlobal əhəmiyyət daşıyır.
Məsələn, XIII Bakı
Qlobal Forumu çərçivəsində iqlim və şəhərsalma
mövzularına həsr
olunmuş tədbirlər
keçirildi. Bu müzakirələr qlobal
səviyyədə həmin
istiqamətlər üzrə
aparılan debatlara töhfə vermək məqsədi daşıyır”,
- deyə Yalçın
Rəfiyev bildirib.
Nazir müavini
əlavə edib ki, Bakıda keçirilən tədbirdə
COP31-in sədri, Türkiyənin
ətraf mühit, şəhərsalma və
iqlim dəyişikliyi
naziri Murat Kurum, COP31 sədrliyinin yüksəksəviyyəli iqlim
çempionu Səməd
Ağırbaş da iştirak ediblər. Onun sözlərinə görə, səfərin
əsas məqsədi
COP31-in vizyonunu Azərbaycan
ictimaiyyətinə, xüsusilə
qeyri-hökumət təşkilatlarının
nümayəndələri və
gənclərə təqdim
etmək, onların suallarını cavablandırmaq
olub.
Y.Rəfiyev qeyd
edib ki, belə görüşlər
qarşıdan gələn
COP konfranslarının və
digər beynəlxalq forumların nəticələrinə
töhfə verir və müzakirələrin
daha da zənginləşməsinə
xidmət edir.
Azərbaycan ilə
Türkiyə arasında
COP prosesi çərçivəsində
sıx əməkdaşlıq
qurulduğunu deyən
nazir müavini bildirib ki, artıq
bu ilin əvvəlindən
tərəflər arasında
intensiv koordinasiya aparılır.
“COP31 sədrliyi ilə
artıq iki dəfə İstanbulda əlaqələndirmə görüşlərimiz
keçirilib. Həm Türkiyənin COP31 sədrliyi,
həm də hazırkı Braziliya sədrliyi ilə növbəti COP konfransları
haqqında strategiyalar
müzakirə olunub. Uğur əldə etməyin yolları və bu istiqamətdə
birlikdə necə işləyə biləcəyimiz
barədə fikir mübadiləsi aparılıb”,
- deyə nazir müavini vurğulayıb.
Yalçın Rəfiyevin
sözlərinə görə,
qarşıdakı dövrdə
də tərəflər
bu istiqamətdə sıx və intensiv əməkdaşlığı
davam etdirəcəklər.
Nazir müavini,
həmçinin Türkiyə
tərəfinin COP31 çərçivəsində
gənclərin daha fəal iştirakını
təmin etmək niyyətində olduğunu
diqqətə çatdırıb.
“Qarşıdan gələn COP-un gənclərin ən çox iştirak etdiyi konfranslardan birinə çevrilməsi məqsədi var. Bugünkü görüşdə iştirak edən gənclərin mövzuya marağı da göstərir ki, onların COP prosesində fəal iştirakı yekun nəticələrin daha uğurlu olmasına töhfə verir”, – deyə Y.Rəfiyev əlavə edib.
Azərbaycan.-2026.- 17 mart (¹49).- S.7.