Yeran Lovetti: Qlobal problemlərin müzakirəsi Azərbaycana yalnız nüfuz qazandırır

 

XIII Qlobal Bakı Forumu beynəlxalq məsələləri müzakirə etmək üçün çox yaxşı platformadır bu platforma fəal şəkildə fəaliyyət göstərir. Burada iştirak edən nüfuzlu şəxslərin fikirləri beynəlxalq ictimaiyyət üçün əhəmiyyətlidir. Müzakirə olunan problemlər bu gün dünyada hər bir insanı düşündürür. Azərbaycan qlobal xarakter daşıyan məsələləri müzakirə etmək məqsədilə belə mühüm tədbiri keçirməklə dünyanın bir parçası olduğunu göstərir, eyni zamanda, beynəlxalq nüfuzunu daha da artırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış “W-Krachtşirkətinin icraçı direktoru Yeran Lovetti deyib. O bildirib ki, “Azərbaycanda iqtisadi inkişaf dayanıqlı formada davam edir sərmayələr üçün münbit imkanlar yaradılıb. Məhz iqtisadi inkişaf qazanılan uğurlar bu cür qlobal tədbirlərin keçirilməsini nüfuzlu siyasi xadimlərin Azərbaycana səfərini mümkün edir. Müzakirə olunan məsələlər olduqca aktualdır.

Forumda Avropadan gələn qonaqlar çoxluq təşkil edirlər ki, bu da Azərbaycanın dəyərlərə arxalanan siyasi xəttini göstərir. Bu dəyərlər demokratiya, sosial rifah iqtisadi inkişafdan ibarətdir. Bu dəyərlər qeyd-şərtsiz dünya ictimaiyyəti tərəfindən qəbul edilir dəstəklənir. Bu kimi siyasi xətt bu siyasətdə dünya problemlərinin müzakirəsi üçün şəraitin yaradılması Azərbaycana beynəlxalq aləmdə yalnız hörmət gətirə bilər”, -deyən icraçı direktor diqqətə çatdırıb ki, onun rəhbərlik etdiyi şirkət Azərbaycana sərmayə yatıraraq enerji istehsalı ilə məşğul olmağı düşünür.

 

Azərbaycan.-2026.- 17 mart (¹49).- S.7.