Prezident İlham
Əliyevin himayəsi
və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı
ilə Qlobal Bakı Forumunun keçirilməsi artıq
ənənəyə çevrilib.
Forum beynəlxalq aləmdə
nüfuzlu diplomatik bir platforma olaraq,
mötəbər konfrans
və tədbirlərlə
eyni səviyyədə
ölçülür.
Bakı Dövlət
Universitetinin kafedra müdiri professor Kamilə Əliyeva "Azərbaycan" qəzetinə
bildirib ki, forumun artan nüfuzunun
nəticəsidir ki, tədbirdə iştirak edən sabiq dövlət və hökumət başçılarının,
nüfuzlu siyasətçilərin
və beynəlxalq təşkilatların rəhbərlərinin
sayı hər il artmaqdadır. Forumda olduqca aktual olan, eləcə
də dünyada geosiyasi təlatümlərin
getdikcə dərinləşdiyi
global münaqişələrin
həlli istiqamətində
müzakirələr aparılaraq,
təkliflər irəli
sürüldü. "Forumun
açılış mərasimində
çıxış edən
Prezident İlham Əliyev müasir dünyada hər bir dövlətin təhlükəsizliyini, müdafiə
məsələlərini prioritet
məsələ kimi xüsusi vurğuladı və ölkələrin suverenliyi və ərazi bütövlüyünün
beynəlxalq prinsiplər
çərçivəsində qorunmalı olduğunu qeyd etdi. Bu
baxımdan Azərbaycanın
beynəlxalq hüququn
prinsiplərinə uyğun
hərbi, siyasi və diplomatik yolla 30 il işğalda
qalan torpaqlarını
azad etməsi, suverenliyimiz və ərazi bütövlüyümüzün
bərpa edilməsi dünya dövlətləri
üçün bir örnəkdir. Dövlətimizin
başçısı çıxışında
torpaqlarımızın 30 illik
işğalı dövründə
təzyiqlərlə üzləşdiyi,
ATƏT və onun qurumu olan Minsk
qrupunun yarıtmaz fəaliyyəti haqqında
da məlumat verdi. Minsk qrupu
illərlə münaqişənin
həll olunmasına deyil, əksinə, onun uzadılması, Azərbaycan torpaqlarının
işğalda qalması
üçün fəaliyyət
göstərib. Azərbaycan
yeganə dövlətdir
ki, son onilliklərdə
hərbi və siyasi yolla öz
gücünə ərazi
bütövlüyünü və suverenliyini tam bərpa edib və sülh
təşəbbüsünü irəli sürüb. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə
çıxışında Azərbaycan dövlətinin
ədaləti, sülhü,
əmin-amanlığı təşviq
etdiyini bildirdi. XIII Qlobal Bakı Forumunda da ölkəmiz
bu siyasətə sadiqliyini bir daha nümayiş etdirdi", - deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, Azərbaycan
dünyaya münaqişələrin
ən optimal həll yolunun müharibə aparan dövlətlərin siyasi
iradəsindən asılı
olduğunu sübut edib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir
ki, Azərbaycan və Ermənistan artıq sülh istiqamətində mühüm
addımlar atıblar.
Regionda sülhün daimi və dayanıqlı
olması üçün
Azərbaycan Ermənistana
gedən bütün nəqliyyat komunikasiyalarını
açıb. Bu həm də Azərbaycanın əsas hissəsini Naxçıvanla
birləşdirən yolun
açılmasına xidmət
edir. Bu gün Azərbaycandan keçməklə Ermənistana
yüklər daşınır,
həmçinin Azərbaycan
Ermənistana yanacaq məhsulları ixrac edir. Beləliklə, iki ölkə arasında ticarət əlaqələri qurulmağa
başlanıb. Bu, Ermənistan iqtisadiyyatının
inkişafına böyük
təkandır.
K.Əliyeva vurğulayıb
ki, Azərbaycan regionla yanaşı, beynəlxalq müstəvidə
də siyasi və iqtisadi yüksəlişin bərpasında
mühüm rol oynayan dövlətdir:
"Artıq ölkəmiz
dünyanın 16 dövlətinə
təbii qaz ixrac edir ki,
onların da 10-u Avropa dövlətidir. Azərbaycan bu dövlətlərin enerji
təhlükəsizliyinə böyük töhfə verir. Müasir dünyada enerji təhlükəsizliyi milli
təhlükəsizliyə bərabər tutulan bir amildir. Yaxın
vaxtlarda Azərbaycanda
istehsal olunacaq "yaşıl enerji" də Avropa dövlətlərinə ixrac
ediləcək ki, bu da həmin
dövlətlərin milli
təhlükəsizliyinə böyük töhfə olacaq".
Ekspert sonda qeyd edib ki,
XIII Qlobal Bakı Forumunda Azərbaycanın təqdim etdiyi sülh gündəliyi dünya üçün bir yol xəritəsi
və davam edən müharibələrin
sülh yolu ilə həlli istiqamətində önəmli
tövsiyələrin irəli
sürüldüyü bir
platformadır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2026.-
17 mart (№49).- S.7.