Səmarəqs ansamblıBahar sevincikonsert proqramı ilə çıxış edib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai Sənət MərkəzindəBahar sevinciadlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Şüvəlan qəsəbə Mədəniyyət evi Xətai rayon Mədəniyyət Mərkəzinin birgə təqdim etdiyi Novruz bayramına həsr olunmuş konsertdəSəmarəqs ansamblı çıxış edib.

Tədbirdə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Baş İdarənin rəisi İbrahim Əliyev, Özbəkistan, Rumıniya, Tacikistan, Türkmənistan, Meksika, Braziliya, Türkiyə, Qazaxıstan Azərbaycandakı səfirləri nümayəndələri, mədəniyyət işçiləri, eləcə digər qonaqlar iştirak ediblər.

KonsertdəSəmarəqs ansamblı tərəfindən Azərbaycan Türk dünyası ölkələrinin milli rəqsləri nümayiş olunub.

Tədbirdə çıxış edən deputat Günay Əfəndiyeva milli adət-ənənələrimizin mənəvi dəyərlərimizin yaşadılmasına verdikləri töhfəyə görəSəmarəqs ansamblının rəhbərliyinə kollektivinə təşəkkürünü bildirərək deyib: “Bu gün qədim Novruz bayramı ərəfəsindəSəmarəqs ansamblının uşaqları bizə baharın gözəl ətrini, yeni nəfəsini yaşatdılar. Burada rəqslərini nümayiş etdirən uşaqlarımız azad, müstəqil, öz əzəli torpaqlarını qaytarmış ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın qürurlu övladlarıdır. Bu gün bizim uşaqlarımız öz ifaları ilə həm Türk dünyasına olan sevgilərini göstərdilər”.

Günay ƏfəndiyevaSəmarəqs ansamblının bədii rəhbəri Səma Sadıqovaya təşəkkürnamə təqdim edib.

Daha sonra Şüvəlan qəsəbə Mədəniyyət evi Xətai rayon Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonda qonaqlara hədiyyələr təqdim olunub.

 

Azərbaycan.-2026.- 18 mart (¹ 50).- S.10.