Azərbaycan
XXXIII Minsk Beynəlxalq
Kitab Sərgisində təmsil olunur
XXXIII Minsk Beynəlxalq Kitab Sərgisində
Azərbaycan öz
milli kitab stendi ilə
iştirak edir.
Bu barədə AZƏRTAC-a Mədəniyyət
Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, sərgi
çərçivəsində təşkil olunan təqdimat tədbirində
M. Tank adına Belarus Dövlət
Pedaqoji Universitetinin nəzdində Azərbaycan
dili və Mədəniyyəti Mərkəzinin
direktoru Fuad İbrahimov çıxış
edərək ölkəmizin
zəngin ədəbi
irsi, mədəniyyəti
və kitab sənayesinin
inkişafı barədə
məlumat verib.
Təqdimat zamanı
Azərbaycan haqqında
ətraflı videoçarx
nümayiş olunub, həmçinin milli mədəniyyətimizi
əks etdirən bir neçə rəqs nümunəsi təqdim edilib.
Sərgi martın
22-dək davam edəcək.
Qeyd edək
ki, beynəlxalq sərgi
müxtəlif ölkələrin
nəşriyyatlarını, müəlliflərini və
oxucularını bir araya gətirərək mədəni mübadiləyə
və ədəbiyyatın
təşviqinə mühüm
töhfə verir.
Azərbaycan.-2026.-19 mart (№51).- S.11.