Azərbaycanın gələcək strateji baxışının ifadəsi

 

Prezident İlham Əliyevin "Sülh Şurasının Nizamnaməsi" sənədini imzalaması olduqca önəmli hadisədir. Bu, Azərbaycan dövlətinin  qlobal sülh gündəmində strateji mövqeyinin açıq ifadəsidir. Eyni zamanda ölkəmizin xarici siyasət kursunda yeni mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Sevinc Hüseynova qəzetimizə açıqlamasında bildirib ki, bu addım təkcə formal beynəlxalq sənədə qoşulma aktı deyil, həmçinin Azərbaycanın qlobal sülh təşəbbüslərində fəal prinsipial mövqe tutduğunu nümayiş etdirən strateji qərardır: "Hazırda müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Regional münaqişələrin artması, humanitar böhranların dərinləşməsi, beynəlxalq hüququn selektiv tətbiqi açıq təhdidlər yaradır. Müasir beynəlxalq münasibətlər sisteminin mürəkkəb çoxşaxəli çağırışlarla üz-üzə qaldığı bir dövrdə sülhün qorunması, dialoqun təşviqi qarşılıqlı etimadın möhkəmləndirilməsi dövlətlərin prioritet istiqamətlərindən birinə çevrilib. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin "Sülh Şurasının Nizamnaməsi" sənədini imzalaması ölkənin qlobal regional sülh gündəliyinə verdiyi ardıcıl prinsipial töhfənin növbəti mühüm təzahürü kimi dəyərləndirilir".

Deputat qeyd edib ki, bu addım, həmçinin Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə konstruktiv mövqeyini, əməkdaşlığa sadiqliyini sülhün yalnız bəyanatlarla deyil, institusional mexanizmlər vasitəsilə təmin olunmasının vacibliyinə verdiyi önəmi bir daha nümayiş etdirir. "Sülh Şurasının Nizamnaməsi" sülhün təşviqi, münaqişələrin qarşısının alınması, dialoq vasitəçilik mexanizmlərinin gücləndirilməsi kimi fundamental prinsipləri özündə ehtiva edən çərçivə sənəd kimi nəzərdə tutulur. Nizamnamə beynəlxalq hüququn norma prinsiplərinə, dövlətlərin suverenliyinə ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq qarşılıqlı etimad əsasında əməkdaşlıq kimi müddəalara əsaslanır. "Prezident İlham Əliyevin bu sənədi imzalaması Azərbaycanın sülh anlayışına yanaşmasının yalnız regional deyil, eyni zamanda qlobal miqyasda düşünülmüş, uzunmüddətli sistemli xarakter daşıdığını göstərir. Bu təşəbbüs sülhün epizodik razılaşmalarla deyil, davamlı institutlar platformalar vasitəsilə qorunmasının mümkünlüyü ideyasını ön plana çıxarır", - deyə o bildirib.

Son illər Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, dialoqa açıq təşəbbüskar dövlət kimi tanındığını deyən S.Hüseynova vurğulayıb ki, müxtəlif beynəlxalq platformalarda irəli sürülən təşəbbüslər, mədəniyyətlərarası sivilizasiyalararası dialoqun təşviqi, eləcə çoxtərəfli əməkdaşlıq formatlarında fəal iştirak ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini təşkil edir. "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması bu xəttin məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın öz tarixi təcrübəsindən çıxış edərək sülhün real davamlı modelini beynəlxalq ictimaiyyətlə bölüşmək niyyətini ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu yanaşma sülhü yalnız siyasi hədəf deyil, eyni zamanda təhlükəsizlik, inkişaf rifahın əsas şərti kimi təqdim edir.

 Deputat deyib ki, Azərbaycan öz geosiyasi mövqeyindən diplomatik təcrübəsindən istifadə edərək, müxtəlif maraqların toqquşduğu mühitdə balanslaşdırılmış ədalətli mövqeyin mümkün olduğunu nümayiş etdirməyi hədəfləyir: "Məhz bu kontekstdə Prezident İlham Əliyevin "Sülh Şurasının Nizamnaməsi"ni imzalaması təkcə bir sənədin hüquqi qüvvəyə minməsi deyil, həm Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun, sülhə verdiyi dəyərin gələcəyə yönəlmiş strateji baxışının ifadəsidir".

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2026.- 27 yanvar (№15).- S.7.