Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (I kitab),
maddə 583 (Cild I);
2024, ¹ 2, maddə 138, ¹ 4, maddə
365, ¹ 5 (I kitab), maddə
498, ¹ 6 (I kitab), maddələr
630, 638, ¹ 7, maddə 747, ¹ 8, maddələr 932, 933, 934, ¹ 10, maddə
1118, ¹ 11, maddə 1182, ¹ 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, ¹
2, maddə 96, ¹ 3, maddə
214, ¹ 4 (l kitab), maddələr
307, 315, 318, 322, ¹ 5, maddələr 432, 441,
¹ 6, maddələr 524, 536, ¹ 7, maddələr 609, 618, ¹ 8, maddələr
743, 744, ¹ 11, maddə 1009; Azərbaycan
Respublikasının 2025-ci il
9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 16.1.11-4-cü və
60.3.3-cü maddələrdə
"76-1-ci" sözləri
"76-1.1-ci" sözləri ilə əvəz edilsin;
1.2. 76-1-ci maddə üzrə:
1.2.1. adına "institutları"
sözündən sonra
"və digər şəxslər" sözləri,
"məlumatların" sözündən sonra
"və sənədlərin"
sözləri əlavə
edilsin;
1.2.2. mətni 76-1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda
76-1.2-ci və 76-1.3-cü maddələr
əlavə edilsin:
"76-1.2. Maliyyə institutları tərəfindən
fiziki və hüquqi şəxslərə
hesab açıldıqda
və ya maliyyə xidmətləri
göstərildikdə vergi
və maliyyə məlumatlarının mübadiləsini
nəzərdə tutan
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin
icrası məqsədilə
şəxsin rezidentliyinin
müəyyən edilməsi
üçün zəruri
məlumatlar və sənədlər, həmçinin
həmin məlumatlarda
və sənədlərdə
şəxsin rezidentlik
statusunun dəyişdirilməsinə
səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlar və sənədlər dəyişiklik
baş verdiyi gündən 30 gün müddətində şəxs
tərəfindən maliyyə
institutuna təqdim edilməlidir.
76-1.3. Maliyyə institutuna
dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların
və sənədlərin
təqdim edilməsinə
və ya rezidentlik statusunun dəyişdirilməsinə səbəb
olan dəyişiklik üzrə məlumatların
və sənədlərin
bu Məcəllənin76-1.2-ci maddəsi ilə müəyyən edilmiş
müddətdə təqdim
edilməməsinə görə
şəxslərin inzibati
məsuliyyətə cəlb
edilməsi Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
müvafiq olaraq həyata keçirilir.".
Maddə 2. Bu Qanun 2026-cı il yanvarın 1-dən tətbiq
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 dekabr 2025-ci il
Azərbaycan.-2026.- 27 yanvar
(¹ 15).- S.2.