Davos səfəri Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi baxımından əlamətdar hadisədir

 

1971-ci ildə İsveçrədə təsis edilən Dünya İqtisadi Forumu Azərbaycan üçün mühüm diplomatik iqtisadi platformalardan biridir. Azərbaycan bu Foruma ilk dəfə 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə qatılıb. O vaxtdan etibarən Davos, Azərbaycanın beynəlxalq arenada tanınması, investorlarla birbaşa əlaqələrin qurulması iqtisadi-strateji xəttinin təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi, ticarət, infrastruktur regional inteqrasiya kimi sahələrdə Azərbaycanın öz mövqelərini gücləndirməsi məhz bu platforma sayəsində yeni dinamika qazanıb. Prezident İlham Əliyevin yanvarın 19-22-də Davos Dünya İqtisadi Forumuna işgüzar səfəri çərçivəsində siyasi, iqtisadi diplomatik keçirdiyi mühüm görüşlər təşəbbüslər bu baxımdan diqqətəlayiqdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dosenti, siyasi ekspert Bahar Özsoy bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər ölkənin beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsi regional sülh prosesinə töhfə baxımından əlamətdar hadisə kimi dəyərləndirilir: “Forumda dövlət başçısının qlobal şirkətlərin rəhbərləri ilə geniş diplomatik təmaslarda investisiya imkanları, enerji əməkdaşlığı, iqtisadi şaxələndirmə Azərbaycanın qlobal iqtisadi sistemdə artan rolu müzakirə olunub”.

Ekspert qeyd edib ki, DavosdaEuronews”a müsahibə verən Prezident İlham Əliyev Cənubi Qafqazda dayanıqlı sülh proqnozlaşdırıla bilən təhlükəsizlik mühitinə diqqət çəkib bunu həm regional, həm Avrasiya miqyasında vacib faktor hesab edib. Prezident enerji bazarlarının sabitliyini önəmli hesab etdiyini vurğulayıb. Forum çərçivəsində PrezidentAvrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsimövzusunda panel iclasda çıxışında Azərbaycanın Avrasiyadabağlantı sabitlik mərkəzirolunu önə çıxarıb. “Prezident bildirib ki, Azərbaycan Avropa İttifaqı, ABŞ Çinlə əməkdaşlığı paralel şəkildə ziddiyyətsiz formada inkişaf etdirir. Ermənistanla iqtisadi əlaqələrə toxunan dövlət başçısı, regionda ticarət yükdaşımaların gələcəkdə birbaşa AzərbaycanErmənistan marşrutu ilə həyata keçirilə biləcəyini bəyan edib. Azərbaycan artıq Qazaxıstan Rusiyadan Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırıb”, - deyə B.Özsoy vurğulayıb.

Siyasi ekspert bildirib ki, Davos Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirilən görüş xüsusi əhəmiyyət kəsb edir. “Tərəflər regional sülh, təhlükəsizlik enerji-kommunikasiya layihələri üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər. İlham Əliyev Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin əhəmiyyətini vurğulayaraq, Ermənistanın enerji ərzaq tədarükündə Azərbaycan ərazisindən keçən marşrutlara artan ehtiyacını diqqətə çatdırıb. Davosda imzalanan Sülh Şurası Nizamnaməsi Azərbaycanın qlobal sülh dialoq təşəbbüslərinə verdiyi dəstəyin növbəti nümunəsi kimi dəyərləndirilir. Sənəd münaqişələrin qarşısını almaq, dialoq vasitəçilik mexanizmlərini gücləndirmək istiqamətində beynəlxalq əməkdaşlığa çağırır. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın sosial media səhifəsindən İlham Əliyevə təşəkkür etməsi, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının dərinləşəcəyi müdafiə sahəsində əməkdaşlığın genişlənəcəyi barədə qeydi xüsusilə diqqətəlayiqdir”, - deyə B.Özsoy əlavə edib.

 

Azərbaycan.-2026.- 28 yanvar (¹ 16).- S.6.