Erməni vəhşilikləri ən tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır

 

 Martın 31- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurasının 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımına həsr olunmuş iclası keçirilmişdir. İclası açan Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı professor Yaqub Mahmudov bildirdi ki, rəhbərlik etdiyi qurum ermənilərin tarix boyu xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti ilə bağlı əsl həqiqətlərin araşdırılıb üzə çıxarılması dünya ictimaiyyətinə çatdırılması yönündə ideoloji fəailyyətini uğurla davam etdirir. Ermənilərin 1828-ci ildən tarixi Azərbaycan torpaqlarına köçürüldüyünü deyən Yaqub Mahmudovun sözlərinə görə, sonralar tarix məqsədyönlü şəkildə saxtalaşdırılmış, Azərbaycan ərazisi olan İrəvan quberniyasında yaşayan soydaşlarımızın guya gəlmə, ermənilərin isə yerli xalq olduğu dünyaya bəyan edilmişdir. Erməni millətçiləri XIX əsrdən başlayaraq İrəvan quberniyasının yerli azərbaycanlı əhalidən təmizlənməsi üçün düşünülmüş şəkildə soyqırımı siyasətinə rəvac vermiş, ən ağlasığmaz üsullarla qətliamlar törətmişlər.

Ermənilər azərbaycanlılara qarşı başladıqları soyqırımı siyasətinin növbəti mərhələsini S.Şaumyanın göstərişi ilə 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Zəngəzurda Azərbaycanın digər ərazilərində həyata keçirmişlər. İkinci dünya müharibəsində faşistlərin etdiyi cinayətlər ermənilərin 1918-ci ildə törətdikləri vəhşiliklərlə müqayisə oluna bilməz. Dinc əhali məhz azərbaycanlı olduğuna görə ən qəddar üsullarla qətlə yetirilmişdir. O da qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyası ermənilərin 1918-ci ildə törətdikləri vəhşiliklərin qurbanı olmuş insanların siyahısını tutmuşdur. Hazırda həmin məlumatlar arxivdə saxlanılır.

Rəhbərlik etdiyi Tarix İnstitutunun araşdırmalarının uğurlu nəticələr verdiyini deyən Yaqub Mahmudovun sözlərinə görə, ideoloji istiqamətdə tədqiqatlar davam etdirilməli, erməni vəhşilikləri ən tutarlı faktlarla dünya ictimaiyyətnin diqqətinə çatdırılmalıdır.

Tədbirdə Qırğızıstanda rus ingilis dillərində işıq üzü görmüş "Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi faktlar" kitabının Qırğızıstan Milli Elmlər Akademiyasının "Ədəbiyyat incəsənət məsələləri" jurnalının Azərbaycana həsr olunmuş xüsusi nömrəsinin təqdimatı keçirilmişdir. Qırğızıstanda yaradılan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə nəşr olunan "Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi faktlar" kitabının baş məsləhətçisi Milli Məclisin Sədri Oqtay Əsədov, elmi redaktoru professor Yaqub Mahmudovdur. Kitabın nəşrində məqsəd son yüz il ərzində Azərbaycan torpaqlarında ermənilərin törətdikləri vandalizm aktlarını dünya ictimaiyyətinə çatdırmaq, erməni separatizminin mənbələrini ifşa etmək, onların tarixi Azərbaycan torpaqlarına ərazi iddialarının əsassız olduğunu sübut etməkdir. Kitabda ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi bu ərazidə öz dövlətlərini yaratmaları, bu məqsədə çatmaq üçün Azərbaycan xalqına qarşı soyqırımı, terror, deportasiya siyasəti həyata keçirmələri sənədlər arxiv materialları əsasında həm rus, həm də ingilis dillərində oxuculara çatdırılır. Eyni zamanda, ermənilərin öz məqsədlərinə çatmaq üçün tarixin saxtalaşdırılmasından da faydalandıqları qeyd olunur.

"Ədəbiyyat incəsənət məsələləri" jurnalında isə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsəri, Azərbaycan ədəbiyyatı, Mir Cəlal Bəxtiyar Vahabzadə yaradıcılığı, qırğız yazıçısı Çingiz Aytmatov barədə sair mövzularda yazılar işıq üzü görmüşdür.

AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix elmləri namizədi Cəbi Bəhramov, Milli Məclisin deputatı professor Fəzail İbrahimli, professorlar Adil Məmmədov, Sayad Sayadov Tamilla Musayeva, tarix elmləri namizədi Gövhər Məmmədova, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev rus ingilis dillərində "Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi faktlar" kitabının işıq üzü görməsini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, bu kitab ideoloji müharibədə çəkilən zəhmətin hədər getmədiyini söyləməyə tam əsas verir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla sektorunun müdiri Qafar Əliyev belə bir kitabın nəşr edilməsini yüksək qiymətləndirmiş, onun ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü ifadə etmişdir. O bildirmişdir ki, belə kitablar ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir.

 

 

Azərbaycan.-2009.-1 aprel.-S.3.