Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Aprelin 1-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Almaniya xarici işlər nazirinin müavini, deputat Qernot Erlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Ziyafət Əsgərov müstəqil Azərbaycanın dünya dövlətləri, o cümlədən Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi. Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan ölkəmiz Avropa strukturlarına inteqrasiyanı özünün strateji seçimi hesab edir. Azərbaycanla Almaniya arasında münasibətlərin inkişafında dövlət başçılarının nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, görüşlər aparılan danışıqlar mühüm rol oynayır. Bildirildi ki, bu gün Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Bu qurumla "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əlaqələrimiz günbəgün inkişaf edir.

Dövlətlərarası münasibətlərdə parlamentlərin xüsusi rol oynadığını deyən Ziyafət Əsgərov Milli Məclislə Almaniya qanunvericilik orqanı arasındakı əməkdaşlığı yüksək dəyərləndirdi. Təqdirəlayiq haldır ki, hər iki ölkənin qanunvericilik orqanında dostluq qrupları fəaliyyət göstərir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Ziyafət Əsgərov bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə digər beynəlxalq qurumların qərarlarına məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Təəssüf ki, ikili standartlar ucbatından işğalçı dövlətə sanksiyalar tətbiq edilmir. Əvəzində isə bir sıra Avropa şirkətləri qeyri-hökumət təşkilatları işğal olunmuş ərazilərdə fəaliyyət göstərirlər. Spikerin birinci müavini vurğuladı ki, biz Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini müsbət qiymətləndiririk. Ancaq qeyd edilən hallar narahatlıq doğurmaya bilməz. Millətlərin öz müqəddəratını təyin etmək hüququ dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapmalıdır. Əks təqdirdə, beynəlxalq hüququn normaları pozulmuş olar dünyanın siyasi mənzərəsində bir xaos yaranar.

Səmimi görüş üçün minnətdarlığını bildirən Qernot Erler Azərbaycanda keçirdiyi görüşlərdən ölkəmizdəki inkişafdan məmnun olduğunu bildirdi. Qeyd etdi ki, Almaniya Azərbaycanla bütün sahələrdə, o cümlədən parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Səfər çərçivəsində ilk görüşlərin Milli Məclisdə aparılması buna parlaq misaldır. Qonaq Azərbaycan parlament nümayəndə heyətinin bu yaxınlarda Almaniyaya səfərini yüksək qiymətləndirərək, gələcəkdə belə qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini vurğuladı.

Qernot Erler Dağlıq Qarabağ münaqişəsinə toxunaraq öz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bundan sonra da problemin həllində öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı. Bildirdi ki, Dağlıq Qarabağ separatçıları ilə əlaqə saxlayan qurumların Almaniya hökuməti ilə heç bir əlaqəsi yoxdur bu onun təmsil etdiyi ölkənin mövqeyini əks etdirmir. Almaniya Azərbaycanla siyasi iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığı gələcəkdə inkişaf etdirmək niyyətindədir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər barəsində geniş fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2009.-2 aprel.-S.2.