Leyla xanım Əliyeva İstanbulda İSESKO-nun baş direktoru ilə görüşmüşdür

 

İstanbulda BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumunda iştirak edən İslam Konfransı Təşkilatının Dialoq Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür.

Əbdüləziz bin Osman əl-Tüveycri Leyla Əliyevanı İKT Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzv seçilməsi münasibətilə təbrik etmiş, gənclərin forumunda onun fəaliyyətini yüksək qiymətləndirmişdir.

Leyla Əliyeva Dialoq Əməkdaşlıq Uğrunda Gənclər Forumunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, xüsusilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərdən danışmışdır.

Görüşdə ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov iştirak etmişdir.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2009.-8 aprel.-S.2.