Hava limanında qarşılanma

 

Aprelin 9-da Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycana rəsmi səfərə gəlmişdir.

Azərbaycanın Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ukrayna dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar Ukrayna Prezidentinə xanımı Katerina Yuşşenkoya gül dəstələri təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Viktor Yuşşenko Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-10 aprel.-S.1.