Sənədlərin imzalanma mərasimi

 

Aprelin 9-da Azərbaycan Ukrayna Prezidentləri Şurasının ilk iclasından sonra ikitərəfli sənədlərin imzalanma mərasimi olmuşdur.

"2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Viktor Yuşşenko imzaladılar.

Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti Ukraynanın Volınsk vilayətinin Dövlət administrasiyası arasında ticari-iqtisadi, elmi-texniki mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Volınsk vilayəti Dövlət administrasiyasının rəhbəri Nikolay Romanyuk imzaladılar.

Azərbaycan Respublikası Ukrayna xarici işlər nazirlikləri arasında ikitərəfli çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2009-2010-cu illər üçün məsləhətləşmələr planını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Xondogi imzaladılar.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Ukraynanın Xarici Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair sazişi Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Nikolay Malomuj imzaladılar.

Azərbaycan Respublikası hökuməti Ukrayna Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi istifadəsi sahəsində əməkdaşlıq haqqında çərçivə sazişini Azərbaycanın rabitə informasiya texnologiyaları naziri Əli Abbasov Ukrayna Milli Kosmik Agentliyi baş direktorunun birinci müavini Valeri Komarov imzaladılar.

Azərbaycan Respublikası hökuməti Ukrayna hökuməti arasında hərbi, texniki əməkdaşlığa dair sazişə dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası hökuməti Ukrayna Nazirlər Kabineti arasında protokolu Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ukraynanın müdafiə naziri Yuri Yexanurov imzaladılar.

Azərbaycan Respublikası Ukrayna Prezidentləri Şurası iclasının protokolunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Xondogi imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-10 aprel.-S.2.