Lənkəranda "İcma İnkişafı Fəaliyyəti Proqramı"nın başa çatmasına həsr olunmuş mərasim keçirilmişdir

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) cənub bölgəsində həyata keçirdiyi "İcma İnkişafı Fəaliyyəti Proqramı"nın başa çatması ilə əlaqədar mərasim keçirilmişdir.

Cənub bölgəsinin icra hakimiyyəti başçıları müavinlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, icma inkişafı şurası üzvlərinin KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə ABŞ-ın "CHF İnternational" təşkilatının ölkə üzrə direktoru Zoran Radiç çıxış edərək Proqramın başa çatması münasibətilə bütün iştirakçıları təbrik etmiş, USAİD-in maliyyə dəstəyi ilə cənub bölgəsinin Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı Cəlilabad rayonlarında "İcma İnkişafı Fəaliyyəti Proqramı" çərçivəsində 151 layihənin həyata keçirildiyini bu layihələrə 1 milyon 200 min ABŞ dollarının xərcləndiyini diqqətə çatdırmışdır.

Mərasimdə çıxış edən USAİD-in proqram şöbəsinin rəhbəri Tamika Kamirun ilk dəfə Lənkərana səfər etdiyini bu səfərdən məmnun olduğunu bildirərək 45 milyon ABŞ dolları dəyərində yeni proqramların icrası ilə əlaqədar USAİD- Azərbaycan hökuməti arasında anlaşma Memorandumunun imzalandığını vurğulamışdır.

"CHF İnternational" təşkilatının proqram direktoru Ziba Quliyeva çıxışında 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərən təşkilatın ölkədə, o cümlədən cənub bölgəsində həyata keçirdiyi layihələr barədə danışmış, bölgədə bu layihələrə 44 icmanın cəlb olunduğunu diqqətə çatdırmışdır.

Toplantıda çıxış edənlər cənub bölgəsində yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərdiyi dəstəyə görə ABŞ hökumətinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda Proqramın icrasında yaxından əməkdaşlıq etdiklərinə layihələrin icrasına dəstək verdiklərinə görə icra hakimiyyətinin əməkdaşlarına, icma inkişafı şurasının üzvlərinə, bələdiyyə sədrlərinə, ərazi icra nümayəndələrinə media təmsilçilərinə sertifikatlar təqdim edilmişdir.

Lənkəran rayonunun Girdəni kənd mədəniyyət evinin "Vənəşə" folklor kollektivi mərasimdə konsert proqramı ilə çıxış etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-12 aprel.-S.2.