Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri uğurla davam edir

 

Ukrayna Prezidenti Viktor Yuşşenkonun şərəfinə verilmiş rəsmi ziyafətdə Prezident İlham Əliyevin nitqi

 

- Hörmətli cənab Prezident,

hörmətli Ukraynanın birinci xanımı,

əziz qonaqlar!

 

Mən dostum Viktor Andreyeviç Yuşşenkonu yenidən salamlamaqdan çox şadam. Bu gün biz ikitərəfli münasibətlərin inkişaf yolları haqqında çox geniş müzakirələr apardıq belə bir ümumi qənaətə gəldik ki, ölkələrimiz arasında ikitərəfli strateji tərəfdaşlığın potensialını fəal surətdə inkişaf etdirməli artırmalıyıq. Tarixdə bizim xalqlarımızı birləşdirən məqamlar çoxdur. Ukrayna Azərbaycan xalqları əsrlər boyu dostluq mehribanlıq şəraitində yaşamışlar. Xalqlarımızın mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsirinin xalqlarımızı, ölkələrimizi zənginləşdirməsinə aid çox misallar göstərmək olar. Çox fərəhli haldır ki, ölkələrimizin müstəqil suveren dövlətlər kimi inkişaf etdiyi dövrdə dostluq münasibətlərimiz möhkəmlənir, çox fəal siyasi dialoq aparılır. Təkcə Ukrayna Azərbaycan prezidentlərinin səfərlərinin statistikasına nəzər salsaq görərik ki, bu münasibətlər ən dinamik münasibətlərdən biridir. Statistik məlumatlardan əlavə, müzakirə edilən məsələlərin mahiyyəti ikitərəfli əməkdaşlıq üçün, regional əməkdaşlıq üçün, qitə çərçivəsində əməkdaşlıq üçün çox böyük əhəmiyyət kəsb edir. Bu gün bizim fəal müzakirə etdiyimiz məsələlər arasında qarşılıqlı siyasi əlaqələr, bu əlaqələrin dərinləşdirilməsi, iqtisadi kooperasiya, enerji təhlükəsizliyi, nəqliyyat məsələləri, sənayenin inkişafı, hərbi-texniki əməkdaşlıq humanitar sahə ilə bağlı məsələlər vardır. Yəni, bizim gündəliyimiz çox genişdir. Hər bir istiqamət üzrə konkret fəaliyyət planı var bu gün artıq o, qarşıdakı iki ildə Ukrayna ilə Azərbaycan arasında birgə tədbirlər planının, “yol xəritəsininimzalanması ilə hüquqi cəhətdən rəsmiləşdirildi. Orada bizim fəal əməkdaşlıq edəcəyimiz bütün istiqamətlər, qərarların yerinə yetirilməsinin konkret müddətləri, konkret qrafiki göstərilmişdir.

Mənim bəhs etdiyim məsələlərin hər birinin böyük əhəmiyyəti vardır. Lakin heç şübhəsiz, regiondakı vəziyyət, enerji təhlükəsizliyi məsələləri təkcə bizim ölkələrimizdə deyil, bütövlükdə Avropa qitəsində daha çox maraq doğurur. İndi iqtisadi əməkdaşlıq məsələlərini enerji sahəsində əməkdaşlıqdan təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyildir. Hər bir ölkənin enerji təhlükəsizliyi yüksək diqqət yetirilən məsələdir. Azərbaycan regionun, Avropanın enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verməyə çalışır və inanıram ki, ötən illərdə bizim irəli sürdüyümüz və hazırda uğurla həyata keçirilən təşəbbüslər, habelə indi münasibətlərimizin ikitərəfli formatında fəal müzakirə etdiyimiz təşəbbüslər həyata keçirildiyi təqdirdə enerji bazarında vəziyyətin proqnozlaşdırılmasına, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların uzunmüddətli əməkdaşlığa əmin olmasına kömək edəcəkdir.

Bu gün biz enerji ehtiyatlarının nəqlinin şaxələndirilməsi baxımından ölkələrimiz üçün müstəsna əhəmiyyəti olan Odessa-Brodı-Plotsk-Qdansk layihəsini ətraflı müzakirə etdik. Təbii ki, neftqaz hasil edən ölkə kimi Azərbaycan bazarların şaxələndirilməsində öz maraqlarını görür. Buna görə də Odessa-Brodı-Plotsk-Qdansk layihəsi bizim üçün böyük maraq doğurur. Əlbəttə, tranzit ölkələr və istehlakçı ölkələr xammal mənbələrinin şaxələndirilməsinin müsbət cəhətlərini görürlər və bu da tamamilə məntiqə uyğundur. Ona görə də bu istiqamətdə səylərin birləşdirilməsi və əlaqələndirilməsi, maraqların birləşdirilməsi uğurun rəhnidir. Deməliyəm ki, bu baxımdan Ukrayna və Azərbaycan rəhbərliyi arasında gələcəkdə bu istiqamətdə necə əməkdaşlıq etməli olduğumuz, bu əməkdaşlığın formatının nə dərəcədə geniş olması və iri beynəlxalq qurumların bu əməkdaşlıqda necə iştirak edə bilməsi, zəruri hallarda buna necə kömək edə bilməsi məsələlərində tam anlaşma var.

Energetika bizi yaxınlaşdıran yeganə sahə deyildir. Bu gün gündəlikdə duran çox geniş məsələləri nəzərdən keçirdik və əlbəttə, indi bizim üçün böyük maraq doğuran və gələcəkdə də böyük maraq doğuracaq məsələləri müzakirə etdik. Onların arasında humanitar əməkdaşlıq məsələsini xüsusi qeyd etmək istərdim, çünki bunsuz, insanlar səviyyəsində əlaqələr olmasa, mədəni mübadilə olmasa gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın müsbət ruhunu qoruyub saxlamaq çətin olacaqdır. Bu gün mən də, Viktor Andreyeviç də mətbuat üçün bəyanatda bildirdik ki, bizim Ukraynaya və Azərbaycana səfərlərimizin, demək olar, hər biri ölkələrimizin və xalqlarımızın mədəni həyatında çox mühüm hadisələrlə bağlı olur. Bizim tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə qayğıkeş münasibət ölkələrimizi səciyyələndirən cəhətlərdir. Mən Ukrayna xalqının böyük oğlu Taras Şevçenkonun Bakıda abidəsini birlikdə açdığımız günü çox səmimi hisslərlə xatırlayıram. Bu abidənin qoyulduğu bağça indi Bakının ən gözəl guşələrindən birinə, Ukrayna diasporu nümayəndələrinin və Bakı sakinlərinin toplaşdığı yerə çevrilmişdir. Bu cür misallardan çox göstərmək olar. Başlıcası odur ki, gələcəkdə biz bu sahəni heç vaxt unutmayaq. Ölkələrimizin suverenliyini möhkəmlətmək və bir neçə əsr irəlicədən müstəqil inkişafımızı təmin etmək üçün, ölkələrimiz üçün, əlbəttə, mühüm olan iqtisadi, siyasi layihələrin, energetika layihələrinin əhəmiyyəti arxasında biz həmişə yadda saxlamalıyıq ki, ölkələrimizi və xalqlarımızı bir-birinə yaxınlaşdıran nədir.

Mən dəvətimi qəbul etdiyinə və bu gün buraya gəldiyinə görə Ukrayna Prezidentinə dərin minnətdarlığımı bildirmək, aparılmış danışıqlardan, qəbul edilmiş qərarlardan məmnunluğumu ifadə etmək istərdim. Əminəm ki, bizim münasibətlərimizin praktikasında dəfələrlə olduğu kimi, bu qərarların da hamısı həyata keçiriləcəkdir.

Mən bu badəni Ukrayna Prezidentinin, onun xanımının sağlığına, qardaş Ukrayna xalqının sağlığı və firavanlığı şərəfinə qaldırmaq istəyirəm!

 

 

Azərbaycan.-2009.-11 aprel.-S.1.