YAP rayon təşkilatları qadınlar şurasının konfransı keçirilmişdir

 

Yasamal

 

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı qadınlar şurasının konfransı keçirilmişdir.

Konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə gül düzülmüşdür.

Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilən tədbirdə YAP Yasamal rayon təşkilatı qadınlar şurasının sədri Nurlana Əliyeva ötən konfransdan keçən dövrü təhlil etmiş, ölkəmizdə uğurlu dövlət qadın siyasətindən, qadınların daim diqqət qayğı ilə əhatə olunmasından danışmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan qadınlarına örnək ola biləcək xidmətləri diqqətə çatdırılmışdır.

Milli Məclisin deputatları Rəbiyyət Aslanova Gülər Əhmədova başqaları qadınların cəmiyyətdəki fəal mövqeyini, onların hüquqi, demokratik dövlət quruculuğu ictimai-siyasi proseslərdəki iştirakını xüsusi vurğulayaraq öz imkanlarından daha qətiyyətlə istifadə etməyə çağırmışlar.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov qadınlar şurasının ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndirmişdir.

Konfransda qarşıda duran vəzifələr müzakirə olunmuş, YAP Qadınlar Şurasının respublika konfransına nümayəndələr seçilmişdir.

 

* * *

 

Ağdam

 

Ağdam rayonu Quzanlı qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı qadınlar şurasının II konfransı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbənin mərkəzindəki abidəsi önünə çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Hesabat məruzəsi ilə çıxış edən YAP Ağdam rayon təşkilatı qadınlar şurasının sədri Cəmilə Qasımova qurumun ötən konfransdan keçən dövr ərzindəki fəaliyyətindən danışmış, ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini faktlarla diqqətə çatdırmışdır.

YAP Ağdam rayon təşkilatının 3 min 941 üzvündən 1486 nəfərinin qadın olduğunu vurğulayan məruzəçi bildirmişdir ki, qadınlar rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev digərləri dövlət qadın siyasətindən, qadınların rayonun ictimai-siyasi, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki fəaliyyətindən danışmışlar.

Konfransda YAP Ağdam rayon təşkilatı qadınlar şurasının sədri 11 nəfərdən ibarət idarə heyəti, həmçinin YAP Qadınlar Şurasının respublika konfransına nümayəndə seçilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 aprel.-S.5.