Güləşçilərimiz Odessada 1 qızıl, 3 bürünc medala sahib oldular

 

Azərbaycan güləşçiləri Odessada yunan - Roma güləşi üzrə beynəlxalq turnirdə 4 medal qazanmışlar.

Odessanın faşist işğalından azad olunmasının 65 illiyinə həsr olunmuş yarışda Elvin Abbaslı (69 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olmuşdur.

Digər güləşçilərimiz Şamil Mehdizadə (46 kq), Xəqan Aydayev (50 kq) Röyal Mirzəyev (85 kq) bürünc medallara layiq görülmüşlər.

Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutmuşdur.

 

 

Azərbaycan.-2009.-14 aprel.-S.8.