"Qaradağ Sement" ASC-də yenidənqurma layihəsinin

 təqdimatı və yeni sobanın təməlqoyma mərasimi olmuşdur

 

Holsim Group şirkəti idarə heyətinin sədri və baş direktoru Markus Akermanın çıxışı

 

- Zati-aliləri hörmətli cənab Prezident Əliyev,

Cənab nazir Mustafayev,

Hörmətli səfir Alayn Quidetti,

Hörmətli səfir Çjan Yannyan,

Hörmətli qonaqlar, həmkarlar, xanımlar cənablar!

Sizi burada salamlayıb, sizə müraciət etmək imkanında olmağım böyük şərəfdir. Bu gün "Qaradağ Sement"in yeni soba xəttinin təməlinin qoyulmasını qeyd edə bilməyimizə çox şadam. Yeni soba xətti layihəsinə qoyulan 400 milyon dollarlıq sərmayə təkcə bu ölkənin qeyri-enerji sektoruna qoyulan ən böyük sərmayələrdən biri deyil, həm Holsim qrupu üçün çox mühüm bir öhdəlikdir.

Cənab Prezident, bu gün bu mərasimdə iştirak etdiyinizə görə Sizə dərindən təşəkkür edirik. Burada - "Qaradağ Sement" ASC- Sizə bu mühüm layihənin reallaşmasına verdiyiniz dəstəyə görə rəhbərliyimiz işçilərimiz adından, həmçinin Holsim qrupu adından dərin minnətdarlığımızı bildiririk. Bu mühüm layihəni həyata keçirmək üçün hökumət strukturlarından lazımi icazə lisenziyaların əldə olunmasında göstərilən konstruktiv işbirliyini bizə verilən dəstəyi yüksək dəyərləndiririk.

Holsim şirkəti öz sementi, betonu beton doldurucuları, 70-dən artıq ölkədə fəaliyyət göstərən çoxsaylı əməliyyatları ilə tikinti xammalı sənayesində ən yaxşı, sabit inkişaflı bir şirkət kimi tanınmışdır. Bizim enerjiyə qənaət etmək strategiyamız, əmək sağlamlığı təhlükəsizliyi sahəsində səylərimiz insan resurslarının inkişafında təşəbbüsümüz beynəlxalq nüfuz qazanmışdır. Ardıcıl olaraq dörd ildir ki, "Dow Jons" Davamlılıq İndeksi Holsim şirkətini "Sənayenin lideri" kimi tanımışdır. Şirkət həmçinin çoxsaylı mükafatlar qazanmışdır. 2008-ci ildə Davosda keçirilən Dünya İqtisadi Forumunda "Pricewaterhouse" sabit inkişafa yardım idarəetmə qrupu ilə birgə Holsimə "Sektor lideri" mükafatı "Qızıl dərəcə" fərqlənmə mükafatı təqdim etmişlər.

Holsim ölkəyə yeni texnologiyalar, metodları gətirmək, yeni yerləri açmaq, insan resurslarını inkişaf etdirmək təlimlər keçmək, ətraf mühitin qorunması işinə yatırım etmək, yüksək keyfiyyətli məhsulları istehsal edərək, özünün müştəri xidmətləri təhsil proqramları vasitəsilə Azərbaycanda inkişafı dəstəkləmək arzusundadır. Biz bu istəyimizi son onillik ərzində nümayiş etdirmişik gələcəkdə bu öhdəliyimizi yerinə yetirəcəyik.

Tikinti beton tələb edir, betonun isə əsas tərkib hissəsi sementdir. İnkişaf edən cəmiyyətin güclənən iqtisadiyyatın sementə ehtiyacı vardır. Yerli sementin ən əsas təminatçısı, həqiqətən , təkcə "Qaradağ Sement"dir. Çox lazımlı bu tikinti materialının əsas təminatçısı kimi "Qaradağ Sement"in oynadığı mühüm rol yaxşı məlumdur. Əmin ola bilərsiniz ki, biz bu məsuliyyətə tam ciddiliklə yanaşacağıq. Müştərilərimizi lazım olan keyfiyyətdə miqdarda sementlə təmin etmək üçün davamlı səylərinə görə "Qaradağ Sement"in rəhbərliyinə işçilərinə öz dərin ehtiramımı ifadə etmək istərdim. Bu insanlar möhtəşəm görürlər. Onlar daim artan tələbatı təmin etmək üçün maksimum səviyyədə çalışırlar. Lakin indi artıq yeni səhifə açmaq ən son texnologiyalardan istifadə etməklə həm ətraf mühit üçün zərərsiz olan, həm dünyada mövcud olan ən yaxşı istehsal prosesi yaratmaqla, müasir məhsullar istehsal etmək zamanıdır. Yeni soba xətti daha az zərərli tullantılar ayrılmasına yardım edəcək "Qaradağ Sement"in ətraf mühitin mühafizəsinin səmərəliliyini artıracaqdır. Bu, hazırda "Qaradağ Sement"də köhnə xətləri dəyişməyə istehsalı 30 faizdən çox artırmaqla, müştərilərimizi daha çox yerli sementlə təmin etməyə imkan verəcəkdir.

Cənab Prezident!

Hörmətli qonaqlar!

Bu layihə "Qaradağ Sement"in Holsimin uzunmüddətli öhdəliyidir. İki ildən sonra hazır olacaq soba 50 il ərzində istifadə ediləcəkdir. Biz bu layihəni həyata keçirməklə ölkənin sonrakı inkişafına çox lazım olan sementin istehsalına töhfə verəcəyik. Təbii ki, bu gün bu tədbirin keçirilməsi şirkətimizin gələcək uğurlu inkişafının vacib bir mərhələsidir. Lakin eyni zamanda, mən əminliyimi bildirmək istəyirəm ki, bu, həmçinin, bütövlükdə sizin ölkəniz qarşısında Holsim qrupunun "Qaradağ Sement" ASC-nin öhdəliyinin Sizə göstərdiyimiz etimadın böyük, güclü bir rəmzidir.

Diqqətinizə görə minnətdaram.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 aprel.-S.2.