Murmanskda uşaq folklor kollektivləri festivalı keçirilmişdir

 

Jurnalist Əlihüseyn Şükürovun verdiyi xəbərə görə, Murmansk şəhər teatr məktəbində uşaq folklor kollektivlərinin ənənəvi "Xalq mədəniyyəti dünyası" festivalı keçirilmişdir. Qonaqları Azərbaycan, Ukrayna, gürcü və ispan milli geyimlərində uşaqlar qarşılamışlar.

Festival artıq dördüncü dəfədir təşkil olunur. Rusiya milli geyimlərinə həsr olunmuş ilk festival Murmansk administrasiyasının, Uşaq Teatr Məktəbi 1 nömrəli Uşaq İncəsənət Məktəbinin dəstəyilə 2003-cü ilin yazında keçirilmişdi.

Təşkilatçılar festivalın coğrafiyasını genişləndirmək, yaxın uzaq xarici ölkələrin xalq yaradıcılığına müraciət etmək qərarına gəlmişlər.

Bu il uşaq kollektivləri dünya xalqlarının yaradıcılığına müraciət etmişlər.

Qonaqlar teatr məktəbinin foyesində təşkil olunmuş tətbiqi sənət nümunələri rəsm sərgisi, o cümlədən Azərbaycan milli bayramlarının atributları ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 aprel.-S.8.