"İnsanlığın, imanın, inancın zirvəsi"

 

Məlum olduğu kimi, ötən il "Özkaya Group" şirkəti Bakı Şəhər üzrə Təhsil İdarəsi ilə birlikdə paytaxt məktəbləri məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş rəsm müsabiqəsi keçirmişdir. Müsabiqəyə Atatürk Mərkəzində Prezident Administrasiyası əməkdaşlarının, Milli Məclis deputatlarının, eləcə Gənclər İdman Nazirliyi nümayəndələrinin iştirakı ilə yekun vurulmuşdur.

Bu günlərdə həmin tədbiri özündə əks etdirən "İnsanlığın, imanın, inancın zirvəsi" adlı kitab çapdan çıxmışdır. Kitabın sponsoru "Özkaya Group" şirkətidir. Onu da qeyd edək ki, kitab satış üçün nəzərdə tutulmayıb, Bakı şəhərində fəaliyyət göstərən orta təhsil məktəbdənkənar təhsil müəssisələrinə hədiyyə olunacaq.

 

 

Azərbaycan.-2009.-16 aprel.-S.16.