Milli Məclisdə görüşlər

 

Aprelin 16-da Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkillərini qəbul etmişdir.

Görüşdə qonaqları səmimi salamlayan Sədr Azərbaycanın həmişə Türkiyəyə qardaş dost dövlət kimi baxdığını vurğulayaraq, ölkəmizin Türkiyənin uğurlarına həmişə sevindiyini diqqətə çatdırdı. Qeyd edildi ki, Cümhuriyyət qurulduqdan sonra ötən dövr ərzində Türkiyə həyatın müxtəlif sahələrində böyük nailiyyətlərə imza atmış, yerləşdiyi bölgədə söz sahibi olduğunu təsdiqləmişdir. Sədr Azərbaycanın həmişə Türkiyə ilə birgə olduğunu diqqətə çatdıraraq, heç bir qüvvənin, heç bir siyasi təsirin iki qardaş xalq arasında tarixən mövcud olan dostluq strateji müttəfiqlik əlaqələrinə kölgə salmaq iqtidarında olmadığını önə çəkdi.

Söhbətdə Spiker Türk Cümhuriyyətinin qurucusu M.K.Atatürkün "Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir" ifadəsini xatırladaraq belə bir inamı ifadə etdi ki, Türkiyə heç vaxt Azərbaycanı üzəcək addım atmaz. Bizim üçün həssas məsələlərdə inanırıq ki, türkiyəli qardaşlarımız Azərbaycanın mövqeyini nəzərə alacaqlar.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaqlar "Türkiyə Azərbaycan: ortaq maraqlar problemlər" mövzusunda Bakıda keçirilmiş "dəyirmi masa"dan söz açdılar. Bildirildi ki, iki dost qardaş xalqın qədim tarixi köklərə malik əlaqələrinə heç kim xələl gətirə bilməz. Türkiyə qardaş Azərbaycanın maraqlarını nəzərə almayaraq heç bir addım atmaz.

Söhbətdə Xalq Cümhuriyyəti Partiyasından olan millət vəkilləri dərin milli, tarixi, etnik bağlantıları olan Azərbaycan Türkiyə xalqlarının dostluğunun sarsılmaz olduğunu bir daha bəyan etdilər.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkilləri Şükrü Eləkdağ, Yılmaz Ateş, Yıcal Arpantaş, Şahin Mendü digər rəsmi şəxslər iştirak edirdilər.

 

* * *

Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin Millətçi Hərəkat Partiyasından olan millət vəkilləri ilə görüşmüşdür.

Görüşdə Sədr parlamentlərarası əlaqələrin inkişafı informasiya mübadiləsi baxımından hər iki ölkə deputatlarının qarşılıqlı səfərlərini müxtəlif tədbirlərdə birgə iştirakını yüksək dəyərləndirdi.

Sədr bu gün Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni, humanitar, elm, təhsil digər sahələrdə sıx əlaqələrin olduğunu diqqətə çatdıraraq, əməkdaşlığımızın strateji tərəfdaşlıq xarakteri kəsb etdiyini bildirdi. Qeyd edildi ki, münasibətlərimizin bugünkü səviyyəsi Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin "Bir millət iki dövlət" kəlamının parlaq təzahürüdür. Qeyd edildi ki, Türkiyə-Azərbaycan əlaqələri zamanın sınağından çıxmış, davamlı sabit xarakter daşımaqdadır. Bu günədək hər iki dövlətin maraqları ortaq məzmunda təqdim olunmuş beynəlxalq miqyasda bir-birini tamamlamışdır.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin Millətçi Hərəkat Partiyasından olan millət vəkilləri Atilla Qaya, Turan Çirkin, Bülənd Didin digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

Milli Məclisin

mətbuat xidməti

 

Azərbaycan.-2009.-17 aprel.-S.4.