İsveçrə Konfederasiyasının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının iqtisadi məsələlər üzrə dövlət katibi Jan-Daniel Gerberin başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

İsveçrənin nümayəndə heyətini iqtisadi inkişaf naziri Şahin Mustafayev müşayiət etmişdir.

 

 

Azərbaycan.-2009.-17 aprel.-S.4.