Azərbaycan Diplomatik Akademiyası ABŞ universitetləri ilə əməkdaşlığı genişləndirir

 

Azərbaycan Diplomatik Akademiyası və ölkəmizin Los-Anceles şəhərindəki baş konsulluğunun birgə təşkilatçılığı ilə ABŞ-ın Kaliforniya ştatının bir sıra universitetlərində Azərbaycanla bağlı mühazirələr silsiləsi keçirilmişdir.

Akademiyanın nümayəndəsi Fariz İsmailzadə Çapman, Pepperdayn Los-Ancelesin Kaliforniya Universitetlərində oxuduğu mühazirələrdə dinləyicilərə Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm rolu Cənubi Qafqaz bölgəsində son zamanlar surətlə dəyişən geosiyasi vəziyyətə dair ətraflı məlumat verilmişdir.

Ali təhsil ocaqlarının mühazirələrdə iştirak edən professor-müəllim tələbə heyətinin Prezident Barak Obamanın hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı, ölkəmizin terrorla qlobal mübarizədə oynadığı fəal rola dair sualları cavablandırılmışdır.

Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi mühazirələrlə yanaşı, Kaliforniya Universitetləri ilə əməkdaşlıq münasibətlərinin qurulmasına dair görüşlər keçirmişdir.

 

 

Şəfəq Akifqızı,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton 

 

Azərbaycan.-2009.-23 aprel.-S.5.