Heydər Əliyev Fondu ilə tanışlıq

 

BakıdaMədəniyyətlərarası dialoqda gənc qadınların rolumövzusunda keçirilmiş beynəlxalq görüşün iştirakçıları aprelin 23- Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri barədə məlumat verildi.

Ulu öndərin şəxsi arxivindən götürülmüş onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, fenomen şəxsiyyətin həyatının ən müxtəlif məqamlarını əks etdirən tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlər, Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotoşəkillər qonaqlarda xoş təəssürat oyatdı.

Məlumat verildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO İSESKO-nun xoşməramlı səfiridir.

Fond elm, təhsil, mədəniyyət, səhiyyə sair sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir.

Qonaqlar fondla tanışlıqdan zəngin təəssüratlarla ayrıldılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-24 aprel.-S.3.