Festival keçiriləcək

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Bakıda II Uşaq kitabı festivalı keçiriləcək.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə baş tutacaq tədbirin açılış mərasimi mayın 14-də N.Gəncəvinin paytaxtdakı abidəsi önündə olacaqdır.

A.Şaiq adına Dövlət Kukla, S.Vurğun adına Rus Dram, Dövlət Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarının, uşaq yaradıcı təşkilatlarının kollektivləri maraqlı proqramla çıxış edəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.-24 aprel.-S.8.