Avstriya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər Xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Avstriya Respublikasının Ştiriya Federal Əyaləti parlamentinin sədri Ziqfrid Şrittvizerin başçılıq etdiyi nümayəndə heyəti aprelin 25-də Fəxri Xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə güllər düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, “Əbədi məşəlabidəsinin önünə əklil qoymuşlar.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-26 aprel.-S.1.