"Unudulmuş mahnılar" gecəsi

 

Vaxtilə xaricdə yaşayan Yaqub Zurufçu böyük sənət yanğısı Vətən həsrəti ilə ifa etdiyi "Ayrılıq" mahnısıyla milyonlarla Azərbaycan dinləyicisinin qəlbini fəth etdi. Y.Zurufçu ilk dəfə 1964-cü ildə 8 yaşında olarkən Təbriz radiosunda məşhur "Cücələrim" mahnısını ifa etmişdi. Sonralar Tehrandakı Milli Opera Teatrının xorunda oxuyub, televiziyada Azərbaycan fars mahnılarını sevə-sevə dinləyicilərə çatdırırdı. Rəşid Behbudovun oxuduğu "Ana" mahnısını repertuarına daxil edən Y.Zurufçu bu ifa ilə İranda onun sərhədlərindən kənarda böyük şöhrət qazandı.

Sonralar soydaşımızın sorağı uzaq-uzaq ölkələrdən gəldi. Günlərin birində isə onu Bakıda gördük. Beləliklə, Yaqub Zurufçunun doğma xalqı ilə ünsiyyəti yarandı.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında sevimli sənətkarın yaradıcılığının 45 illiyinə həsr edilmiş "Unudulmuş mahnılar" adlı tədbir keçirildi. Gecədə xalq artistləri Səyavuş Kərimi, Canəli Əkbərov, Ramiz Quliyev, Mənsum İbrahimov başqaları çıxış edərək bildirdilər ki, müğənni əsl vətənpərvər kimi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində yorulmadan fəaliyyət göstərir.

Konsert proqramını böyük şair Məhəmməd Şəhriyarın xatirəsinə həsr edən müğənni, gecədə dahi bəstəkar Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Emin Sabitoğlunun, Əli Səliminin, Adil Gərayın bəstələrini, həmçinin "Gözəlim, sənsən", "Sarı gəlin" xalq mahnılarını ifa etdi.

Yaqub Zurufçu dinləyicilərə Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Gülağa Məmmədov digər müğənnilərin ifasında vaxtilə sevə-sevə dinlədiyi xalq bəstəkar mahnılarını təqdim etdi.

Müğənnini xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edirdi. Bir-birindən gözəl mahnıları məharətlə ifa edən Yaqub Zurufçu böyük rəğbət alqışlarla qarşılandı. Gecədə hər kəsi kövrəldən "Ayrılıq" "Ana" mahnıları isə sanki müğənninin öz ürəyinin ifadəsi idi. Bu mahnıları tamaşaçılar sürəklə alqışladılar.

 

 

Zəkurə Quliyeva

 

Azərbaycan.-2009.-30 aprel.-S.7.