"Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikası Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 1 avqust.- S. 1.