Naxçıvan gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Dövlətimizin başçısının şərəfinə Naxçıvan Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər ehtiramla qarşıladılar.

Milli geyimli qızlar Prezident İlham Əliyevə və xanımına gül dəstələri təqdim etdilər.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Prezident İlham Əliyev Naxçıvan MR-in rəhbər şəxsləri ilə görüşdü.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 avqust.- S. 1.