S.İ.Kəngərliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

 

"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Səxavət İsgəndər oğlu Kəngərliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 4 avqust.- S. 4.