Buxarest şəhərinin 2-ci sektorunun meri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Ölkəmizdə işgüzar səfərdə olan Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolay Ontsyanunun başçılıq etdiyi nümayəndə heyəti avqustun 4-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzülmüşdür.

 

 

Azərbaycan.- 2009.- 5 avqust.- S. 4.