Ali ordenlərlə təltif olunma mərasimi

 

Avqustun 10-da Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Latviya Prezidenti Valdis Zatlersin və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir.

Prezident İlham Əliyev Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Prezident Valdis Zatlersə "Heydər Əliyev" ordenini təqdim etdi.

Prezident Valdis Zatlers ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafındakı müstəsna xidmətlərinə görə Prezident İlham Əliyevə "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsini təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 2.