Hava limanında qarşılanma

 

Avqustun 9-da Latviya Respublikasının Prezidenti Valdis Zatlers Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya dövlətinin başçısını və xanımını hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Latviya Prezidentinə və xanımına gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Valdis Zatlers və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-11 avqust.- S. 3.