Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Valdis Zatlers avqustun 10-da Fəxri xiyabana gəlmişdir.

Prezident Valdis Zatlers Azərbaycan xalqının görkəmli oğlu ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, ulu öndərin xatirəsini ehtiramla andı.

Latviya dövlətinin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül qoydu.

Ali qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 avqust.- S. 3.