Səfər başa çatdı

 

Avqustun 12-də Latviya Respublikasının Prezidenti Valdis Zatlersin Azərbaycana səfəri başa çatmışdır.

Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli uşaqlar ali qonağa və xanımına gül dəstəsi verdilər.

Latviya dövlətinin başçısını və xanımını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 avqust.- S. 1.