Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Görkəmli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Bakı Şəhər İcra Hakimiyyəti Müslüm Maqomayevin yaşadığı binaya (Fikrət Əmirov küçəsi, 1) xatirə lövhəsinin vurulmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərində musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adının verilməsini təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 15 avqust.- S. 1.