"Rafiq Babayev: mövzudan improvizəyə"

 

Bu günlərdə Azərbaycanın sosial şəbəkəsi adlanan beniz.az. Azərbaycanın tanınmış caz bəstəkarı Rafiq Babayev haqqında elektron kitab hazırlayıb. "Rafiq Babayev: mövzudan improvizəyə" adlanan kitabı bəstəkarın qızı Fərizə Babayeva sənətşünas Rauf Fərhadoğlu tərtib edərək elektron oxucularının ixtiyarına verib.

Hələlik yalnız elektron versiyada işıq üzü görən kitabda R.Babayevin həyat yaradıcılığına, həmçinin ümumilikdə caza dair zəngin material yerləşdirilib.

Görkəmli cazmen Rafiq Babayev vaxtilə bir çox beynəlxalq festival müsabiqələrdə Azərbaycanı təmsil edib. Dünya şöhrətli müğənni Rəşid Behbudovla 20 il birlikdə çalışan caz ustadı həm vaxtilə Bakıda caz festivalının keçirilməsinin təşəbbüskarı olub.

R.Babayev 1992-ci ildə özəl studiya yaradır bir az sonra onun təşəbbüsü ilə "Cəngi" caz qrupu fəaliyyətə başlayır. Təəssüf ki, tanınmış cazmen 1994-cü ildə "20 Yanvar" metro stansiyasında baş verən terror aktı zamanı həlak olmuşdur.

 

 

Azərbaycan.- 2009.- 16 avqust.- S. 5.