Kaliforniyada azərbaycanlı uşaqların rəsm sərgisi

 

Bu günlərdə Kaliforniyanın Los-Altos şəhərində Bakının Buzovna kəndində yerləşən uşaq evi sakinlərinin çəkdikləri rəsm əsərlərinin sərgisi keçirilib. Bu mədəniyyət tədbirinin təşəbbüsçüsü "Qlobal Learning Foundation" qeyri-hökumət təşkilatıdır. Rəsmlərin mövzusu Azərbaycanın qədim tarixi abidələri, təbiəti, folkloru, görkəmli şəxsiyyətləri və Qarabağ hadisələridir.

Təşkilatdan bildirilib ki, azərbaycanlı uşaqların rəsm sərgisinə çıxardıqları şəkillərin satışından əldə olunacaq vəsait balaca rəssamların cəmləşdiyi evlərin təmirinə yönəldiləcək.

 

 

R.RZALI

 

Azərbaycan.- 2009.- 16 avqust.- S. 5.