Prezident İlham Əliyev Azərbaycan kanoeçilərini parlaq qələbə münasibətilə təbrik etmişdir

 

Prezident İlham Əliyev gənclər və idman naziri Azad Rəhimova Kanadada keçirilən dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan kanoeçilərinə onun təbriklərini çatdırmağı tapşırmışdır.

İdmançılarımız bu yarışlardan qızıl, gümüş və bürünc medallarla qayıtmışlar. 200 metr məsafəyə yarışlarda qızıl medal qazanmış Valentin Demyanenko çempionatın baş qəhrəmanına çevrilmişdir. Sergey Bezuqlıy-Maksim Prokopenkodan ibarət heyət isə 1000 metr məsafəyə yarışlarda gümüş, 500 metr məsafəyə yarışlarda isə bürünc medala sahib olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 1.