Mark Qrosman ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə sabiq müşaviri Mark Qrosman avqustun 21-də Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, ulu öndərin məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülmüşdür.

Şəhidlər xiyabanını da ziyarət edən qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, "Əbədi məşəl" kompleksinin önünə əklil qoymuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-  22 avqust.- S. 3.