İsrailin Azərbaycandakı yeni səfiri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

 

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən İsrail dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Lavon-Lotem Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ulu öndərin abidəsini ziyarət etmişdir.

Diplomat görkəmli dövlət xadiminin xatirəsinə ehtiramını bildirmiş, abidəsi önünə gül dəstəsi qoymuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-27  avqust.- S. 2.