2005-ci il noyabrın 25- Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin gənclərlə sahəsində əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi barədə

 

1. 2005-ci il noyabrın 25-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin gənclərlə iş sahəsində əməkdaşlığı haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 29 avqust.- S. 2.