2009-cu il iyunun 25- Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti ilə Latviya Respublikası hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

1. 2009-cu il iyunun 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti ilə Latviya Respublikası hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Latviya Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 30 avqust.- S. 1.