Daimi komissiyaların iclasında

 

 

Dekabrın 3- Milli Məclisin Təbii ehtiyatlar, energetika ekologiya məsələləri, İqtisadi siyasət Hüquq siyasəti dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov iclasın gündəliyində "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanun layihəsinin olduğunu bildirdi. Layihə barədə ətraflı məlumat verən Valeh Ələsgərov dedi ki, Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən belə bir qanuna ehtiyac duyulurdu. Bu qanun Azərbaycanın yeni neft strategiyasının əsas məqsədlərindən biri olan neft qaz sənayesinin inkişafı ixrac məqsədli neft-qaz fəaliyyəti potensialının artırılması, ölkəmizin Xəzər dənizində neft-qaz əməliyyatları həyata keçirilən digər regionlarda mühüm rol oynaması üçün dövlət tərəfindən əlverişli iqtisadi hüquqi mühitin yaradılmasını nəzərdə tutaraq dövlətin, hüquqi fiziki şəxslərin bu məqsədlərdən irəli gələn münasibətlərini tənzimləyəcək mənafelərinin qorunmasına təminat verəcəkdir.

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirdi ki, neft strategiyasının uğurla reallaşması nəticəsində Azərbaycanın böyük ixrac potensialı formalaşıb. İxrac məqsədli neft-qaz fəaliyyəti ilə məşğul olduqda üstünlüyü qorumalıyıq.

Deputatlardan Rafael Cəbrayılov, Elton Məmmədov, Hüseynbala Mirələmov, Cavid Qurbanov, Vasif Əliyev layihə ilə bağlı təkliflərini bildirdilər.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Azərbaycan.-2008.- 4 dekabr.-S.5.