Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Türkiyədə bir sıra tədbirlər keçiriləcəkədir

 

 

Azərbaycanın Türkiyədəki səfirliyi ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsini planlaşdırır.

Türkiyənin dövlət televiziyası ilə aparılan danışıqlar nəticəsində dekabrın 12- səfirliyimiz tərəfindən təqdim edilmiş Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş film televiziya kanallarında yayımlanacaqdır. Bundan əlavə, həmin gün səfirliyin əməkdaşları, qardaş ölkədə təhsil alan tələbələr müdavimlərimiz, Ankarada yaşayan çalışan soydaşlarımız Heydər Əliyevin Ankaradakı abidəsini ziyarət edəcəklər. Abidənin önünə əklil qoyulacaq, ulu öndərin əziz xatirəsi yad ediləcəkdir.

Dekabrın 12- Ankaradakı məscidlərdə ümummilli liderimizin ruhuna dualar oxunacaqdır.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2008.- 5 dekabr.-S.1.