Azərbaycan Avropaya daha da yaxınlaşır

 

 

Ölkəmizin Avropaya inteqrasiyası istiqamətində görülən işlər daha geniş vüsət almaqdadır. Avropa Komissiyası tərəfindən "Şərq tərəfdaşlığı" üzrə kommunikenin Avropa Parlamentinə Avropa İttifaqı Şurasına təqdim edilməsini bu qəbildən saymaq olar. Kommunikeyə görə, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan Belarus yaxın illər ərzində Avropa İttifaqı ilə assosiativ sazişlər imzalamalı onların adıçəkilən təşkilata üzvlüyü dəstəklənməlidir.

Digər ölkələrlə müqayisədə Ermənistanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqına üzvlük şansı olduqca azdır. Buna əsas səbəb kommunikedə Ermənistanın Metsamaor atom elektrik stansiyasının fəaliyyətini dayandırmalı olduğunun xüsusi şəkildə vurğulanmasıdır. Ermənistan isə hazırda hasil etdiyi elektrik enerjisinin üçdə ikisini Metsamor AES-dən aldığı üçün onun bağlanması bu dövlət üçün yolverilməz hesab olunur. Kommunikedə isə stansiyanın bağlanması əsas şərtlərdən biri olduğundan Ermənistanın "Şərq tərəfdaşlığı" proqramının icrasında ləngiyəcəyi şübhə doğurmur. Bu isə son nəticədə ondan xəbər verir ki, Ermənstanın Avrorpa İttifaqına üzvlüyünün baş tutacağı sual altındadır.

Kommunikedə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünə qoşulacaq ölkələrə ayırdığı yardımın çoxalması da nəzərdə tutulur. Kommunikeyə əsasən, 2010-2013-cü illərdə bu məqsədlə 350 milyon avro vəsait ayrılmalı, 2020-ci ilə qədər isə bu məbləğ 1,5 milyard avroya çatdırılmalıdır. "Şərq tərəfdaşlığı" proqramı bura aid olunan ölkələrə, o cümlədən Azərbaycana bir sıra ciddi üstünlüklər vəd edir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vadamsın sözlərinə görə, "Şərq tərəfdaşlığı" proqramı Azərbaycanla təşkilat arasında münasibətləri daha yaxın edəcək. Bundan başqa, yeni sənəd İttifaqla Azərbaycan arasında viza rejiminin yumşaldılmasını da nəzərdə tutur.

Ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişaf səviyyəsindən razı qalan Alan Vadams bildirir: "Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yaxşı templə inkişaf edir. Bu münasibətlər bir yerdə durmur davamlı irəliləyir. Bu məmnunluq hissi yaradan birinci məqamdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıqdan götürdüyü fayda xeyirə gəlincə, təşkilatla daha yaxın olmağı, İttifaqa siyasi cəhətdən daha inteqrasiyalı olmaq kimi məqamları qeyd etmək olardı".

Proqramda ölkəmizə fayda verəcək digər mühüm məqamlar da mövcuddur. Onların sırasında azad ticarət zonalarının yaradılmasını, xüsusi əməkdaşlıq müqavilələri əsasında güclü siyasi əlaqələrin yaradılmasını da qeyd etmək olar. Bu proqram sonrakı perspektivdə Avropa İttifaqı ölkələrilə vizasız rejimin tətbiqinə, ümumi enerji təhlükəsizliyinin yaradılmasına da yol açır. "Şərq tərəfdaşlığı" proqramına əsasən, "27+6" formulu əsasında dövlət başçıları səviyyəsində hər il sammit keçirilməlidir. İlk belə sammitin isə gələn ilin iyununda keçirilməsi nəzərdə tutulur.

"Şərq tərəfdaşlığı" proqramına oxşar sənədi Avropa İttifaqı hələ 2004-cü ildə Polşa Litva ilə imzalayıb.

Avropa İttifaqının xarici əlaqələr Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner qeyd edir ki, Avropa İttfaqının təhlükəsizliyi Şərqi Avropada Cənubi Qafqazda baş verən hadisələrdən asılıdr: "Bizim bu ölkələrlə bağlı siyasətimiz daha fəal birmənalı olmalıdır".

Azərbaycan uzun illər ərzində Avropa İttifaqından digər Avropa ölkələrindən regionda məhz birmənalı siyasət həyata keçirməsini gözləyib. Bu, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinə aid edilir. Azərbaycan tərəfi bu münaqişəni törətdiynə ərazimizin 20 faizini işğal altında saxladığına görə, Ermənistana qarşı təkcə Avropanın yox, ümumilikdə, beynəlxalq birliyin daha qəti addımlar atmasını işğalçıya qarşı birmənalı siyasət yeridilməsinin vacibliyini bəyan edir.

Benita Ferrero-Valdnerin fikri artıq Avropa İttifaqının Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində məhz bu mövqedən çıxış edəcəyindən xəbər verir.

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2008.-5 dekabr.-S.5.