"Heydər Əliyev. Deyilən söz yadigardır" xatirə nəşri çap olunmuşdur

 

AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanda Atatürk Mərkəzi tərəfindən "Heydər Əliyev. Deyilən söz yadigardır" adlı xatirə nəşri çap olunmuşdur. Nəşri "Mahmud Kaşqari Fondu"nun icraçı direktoru, şair Elxan Zal "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu tərtib etmişlər.

Mərkəzin direktoru, professor Nizami Cəfərovun redaktorluğu ilə işıq üzü görən xatirə nəşrinə ulu öndər Heydər Əliyevin müdrik kəlamları, qiymətli sözləri və aforizmlər toplanmışdır. Beş min tirajla çap olunmuş kitab dekabrın 12-də Bakı Metropoliteninin xətti ilə oxuculara pulsuz paylanılacaqdır.

 

Azərbaycan.-2008.-11 dekabr.-S.1.