2007-ci il mayın 25- Yalta şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış "MDB-nin iştirakçısı olan dövlətlərin ərazisinə quş qripinin keçməsinin yayılmasının qarşısının alınması üzrə MDB-nin iştirakçısı olan dövlətlərin birgə tədbirlər kompleksi haqqında Qərar"ın təsdiq edilməsi barədə

 

1. 2007-ci il mayın 25-də Yalta şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış "MDB-nin iştirakçısı olan dövlətlərin ərazisinə quş qripinin keçməsinin yayılmasının qarşısının alınması üzrə MDB-nin iştirakçısı olan dövlətlərin birgə tədbirlər kompleksi haqqında Qərar" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən qərarın həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən qərarın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-12 dekabr.-S.1.