Azərbaycan Respublikası vətəndaşlarının 2009-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

 

"Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alıram:

1. 1991-ci ildə doğulmuş çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1974-1990-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2009-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros çavuşlar 2009-cu ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanları bu fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-14 dekabr.-S.1.