Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin

aşağıdakı əməkdaşlarına general-mayor hərbi rütbəsi verilsin:

 

Abdullayev Qüdrət Həsən oğlu - Baş əməliyyat idarəsinin rəisi

Qulamov Cahangir Rza oğlu - Xüsusi Riskli Xilasetmə

Xidmətinin rəisi

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2008-ci il

 

Azərbaycan.-2008.-16 dekabr.-S.1.